Haqqımızda

Şirkətimiz, sağlamlığınızı qorumağı qarşısına məqsəd qoyaraq  öz fəaliyyətinə 2009-cu ildə qidaların, qida əlavələrinin və gigiyenik vasitələrin ölkəmizə idxal və satışını həyata keçirməklə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ili “Kənd təsərrüfatı” ili elan etməsi fəaliyyətimizi bu sahədə də inkişaf etdirməyə bizdə stimul yaratdı. İstehlakçılara bitki tərkibli qida əlavələri ilə yanaşı sağlam, qatqısız kənd təsərrüfatı məhsulları ilə də xidmət göstərmək üçün 2015-ci ildə qurduğumuz südçülük və quşçuluq fabrikləri, meyvə bağı,konserv zavodu və s. nəticəsi olaraq, günümüzdə sizlərə öz istehsalımız olan organik toyuq, balıq əti, yumurta, süd və ağartı məhsulları, meyvə-tərəvəz, konservlər, mürəbbələr və digər məhsullarımız ilə xidmət göstərə bilirik. Məhsularımız "BioTam", "BioYumurta", "BioSüd", "BioSu" markaları ilə online və dükan satışı vasitəsi ilə sizlərə təqdim olunur. 

Fəaliyyət sahəmizin və məhsularımıza tələbatın gün keçdikcə artdığını, həmçinin istehlakçılarımızın da rahatlığını nəzərə alaraq, sizlərə daha yaxşı xidmət edə bilmək məqsədilə  2020-ci ildə bütün markalarımızı cəmləşdirdiyimiz BİOSTORE ONLİNE BAZARı qurduq. Hədəfimiz qüsursuz xidmət, keyfiyyətli və orqanik məhsullar ilə müştəri məmnuniyyətini ön planda tutaraq BİOSTORE ONLİNE BAZARın əhatə dairəsini tez bir zamanda daha da genişləndirməkdir.

Unutmayın, yaşamaq gözəldir, sağlam qida ilə yaşamaq daha gözəldir!

SHAN COMPANY