Bu sənəddə
(bundan sonra “Sənəd”) qeyd olunan şərtlər,
biostore.az saytı ilə (bundan sonra “BIOSTORE”, “SHAN COMPANY MMC ” və ya “Veb-sayt”) Veb-saytın istifadəçisi
(bundan sonra “İstifadəçi”) arasında mübadilə olunan qarşılıqlı məlumatların
konfidensiallığının təmin edilməsi məqsədini daşıyır.
Bu Sənəddə
“İstifadəçi” dedikdə, Veb-sayta həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər)
qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan
şəxslər nəzərdə tutulurlar.
Biz,
sizin Veb-sayta daxil olaraq ondan istifadə etdiyiniz zaman barənizdə Veb-sayta
daxil edilmiş məlumatları necə topladığımızı, hansı qaydada istifadə və mühafizə
etdiyimizi sizə aydın şəkildə izah edə bilməyimiz üçün bu Sənədi tərtib və təsdiq
etmişik. Bu Sənədin hazırlanmasında əsas məqsəd, istifadəçilərin Veb-saytdan
güvənli şəkildə istifadə etmələrini təmin etmək, həmçinin Veb-saytda həyata
keçirdikləri hər bir hərəkət zamanı daxil etdikləri fərdi məlumatların
konfidensiallığına təminat verildiyinə onları əmin etməkdən ibarətdir. Odur ki,
Veb-saytdan istifadə etməzdən əvvəl saytımızın “Məxfilik Siyasəti” ilə tanış
olmağınızı tövsiyə edirik.
Biostore.az
veb-saytının “Məxfilik Siyasəti” başda ölkənin ali qanunu olan Azərbaycan
Respublikasının Konstitusiyasına, habelə Azərbaycan Respubikasının tərəfdar
çıxdığı beynəlxalq qanunvericilik aktlarına, “Fərdi məlumatlar haqqında”
Qanuna, “İnformasiya əldə etmək haqqında” Qanuna və Azərbaycan Respublikasının
qanunvericilik sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə
uyğun olaraq hazırlanmışdır.
Biostore.az
veb-saytında İstifadəçi ilə Veb-sayt arasında fərdi məlumat mübadiləsi Azərbaycan
Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və
azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə
uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir.
İstifadəçiyə
aid fərdi məlumatlar onun özü tərəfindən könüllük prinsipinə riayət etməklə təqdim
edildiyi andan mühafizə olunur.
İstifadəçinin
nəzərinə çatdırırıq ki, onun tərəfindən təqdim edilmiş məlumatlar (adı, soyadı,
atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və
elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət
növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) “Fərdi məlumatlar haqqında”
Qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur və İstifadəçinin
özünün yazılı razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar (“Fərdi məlumatlar
haqqında” Qanunun 13-cü maddəsində göstərilən hallar) istisna olmaqla, heç bir
halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülürmür.
Baş
vermiş inzibati xətaları, cinayət əməllərini törətmiş şəxsləri ifşa etmək, belə
hüquqazidd əməllərin nəticələrini aradan qaldıra bilmək məqsədilə, habelə gələcəkdə
baş verə biləcək inzibati xətaların, cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti
belə qəsdlərdən qorumaq məqsədilə Veb-sayta daxil edilmiş məlumatlar
hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya rəsmi
sorğuları nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə
əməl edilməklə, İstifadəçinin razılığı alınmadan, belə orqanlara təqdim edilə
bilər.
Nəzərinizə
çatdırırıq ki, Veb-saytımızda müxtəlif digər veb-saytlara, internet
platformalara keçidlər yerləşdirilə bilər. Belə keçidlərə daxil olmaqla, orada
apardığınız yazışmaların, təqdim etdiyiniz məlumatların konfidensiallığının təmin
edilməməsi ehtimalı hər zaman mövcuddur. Həmin veb-saytlarda, internet
platformalarda təqdim etdiyiniz məlumatlarınızın, hərəkətlərinizin
konfidensiallığına “SHAN COMPANY MMC ” zəmanət vermir və cavabdehlik daşımır.
İstənilən
halda siz fərdi məlumatlarınızı saytda qeyd etməmək hüququnu özünüzdə
saxlayırsınız. Ancaq nəzərə alın ki, Veb-sayt vasitəsi ilə müəyyən hərəkətləri
edə bilməyiniz üçün qeydiyyatdan keçməyiniz və qeydiyyatdan keçərkən özünüzə
aid müxtəlif məlumatlarınızı daxil etməyiniz zəruridir. Əks halda Veb-saytda nəzərdə
tutulmuş imkanlardan istifadə etməyiniz qeyri-mümkün olacaqdır.
Yuxarıda qeyd olunanlarla yanaşı, həmçinin onu da nəzərinizə çatdırırıq ki, “SHAN COMPANY MMC ” gələcəkdə istənilən zaman bu “Məxfilik Siyasəti”nə birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır. Belə dəyişikliklərin edilməsi müxtəlif zərurətlərdən əmələ gələ bilər (məsələn: qanunvericiliyə edilmiş müxtəlif dəyişikliklərlə bağlı, istifadəçilərin Veb-saytdan istifadələrinin daha da asanlaşdırılması, müxtəlif kompaniyaların həyata keçirilməsi və s.). Lakin hər bir halda, İstifadəçiyə məxsus fərdi məlumatların konfidensiallığının təmin edilməsi prinsipinin aliliyi Bizim tərəfimizdən hər zaman rəhbər tutulacaqdır.
Bu sənədlə bağlı hər hansı iradınız, təklif və ya şikayətiniz olarsa,
aşağıdakı vasitələrlə Bizimlə əlaqə
saxlamağınızı xahiş edirik.