Summer Salad with Mushrooms
Bu resepti avqust 29, 2009 tarixində dərc etmişdim, amma bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin).
______
Bir yayı daha arxada bıraxmaq üzrəyik. Ən çox sevdiyim fəslə əlvida demək və payızı qarşılamaq üçün bu ləziz Göbələkli Yay Salatının reseptini sizinlə paylaşmaq istədim. Salat o qədər ləzzətli ki, yedikcə doymaq olmur. Şirin bibər, xiyar, göyərti, yerkökü və başqa qidalandırıcı ərzaqların ahəngindən yaranan bu təamı siz də sınaqdan keçirin.
GÖBƏLƏKLİ YAY SALATI
Ərzaqlar
- 1 ədəd orta boy baş soğan, uzun-uzun və nazik doğrayın
- 1 balaca banka (təxminən 2 stəkan) konservləşdirilmiş qoyulmuş yumru göbələk
- 1 ədəd orta boy yerkökü, suda yarım bişənə kimi qaynadın, soyun, və uzun-uzun və nazik doğrayın
- 1 ədəd kiçik qırmızı Bolqar bibəri, uzun-uzun və nazik doğrayın
- 1 ədəd kiçik sarı və/ya narıncı rəngi Bolqar bibəri, uzun-uzun və nazik doğrayın
- 1 ədəd kiçik yaşıl Bolqar bibəri, uzun-uzun və nazik doğrayın
- 1 ədəd orta boy turşu xiyar, uzun-uzun və nazik doğrayın
- 1 ədəd orta boy təzə xiyar, qabığını soyub uzun-uzun və nazik doğrayın
- Bir ovuc doğranmış şüyüd
- 3-4 xörək qaşığı təzə sıxılmış limon suyu
- 3-4 xörək qaşığı extra-virgin zeytun yağı
- Duz və istiot
Hazırlanması
- Göbələkləri ortadan iki yerə kəsin (çox balacadırlarsa, kəsməyə də bilərsiniz).
- Soğanı bir qaba qoyub üstünə bir az duz səpin və əlinizlə soğanı ovun ki, acısı çıxsın. Sonra isə suya çəkib, əlinizlə suyunu tamamilə sıxın.
- Soğanla birgə bütün ərzaqları iri qarışdırma qabına qoyun.
- Üstünə limon suyu və zeytun yağı əlavə edin və zövgə görə duzlayıb istiotlayın.
- Qarışdırıb bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verin.