Liver Pate

heading_title

Bir gün yadıma yaman ciyər paşteti düşmüşdü. Təxminən 1 il bundan əvvəl. Və elə həmən gün heyatımda ilk dəfə olaraq ciyər paşteti bişirməyə qərar verdim. Reseptim var idi¸ həvəsim da var idi¸ iştaham da məni yaman tələsdirirdi. Yaxşı ki, evimizə yaxın bir Ərəb dükanı var. Oradan ciyər aldım. Bakıdan gətirdiyim resept dəftərimi qoydum qabağıma və işə başladım.

Nəticə məni qane elədiyi kimi sabahısı günü bizə qonaq gələn Amerikalı qonşularımızı da qane elədi. Qonşumuz süfrədə paşteti görəndə¸ “Bu nədir?” deyə maraqlandı. “Paştetdir¸ciyər paşteti” deyə cavab verdiyimdə Qonsumuzun üz ifadəsi bir az dəyişildi. “Narahat olma. Cox ləzzətli bir şeydir. Ciyər olduğunu bilmək də olmur. Bir dadına bax” dedim və Qonşumuzdan cavab almadan biz Azərbaycanlılara xas olan adətlə tez qabına bir neçə dilim paştet qoydum. Bir müddət tərəddüd etdikdən sonra¸ Qonşu¸ nəhayət ki¸ paştetin dadına baxdı. Və sonra yenə baxdı¸ sonra bir daha. Sonra isə Qonşunu saxlamaq mümkün olmadı. Hardasa bütün paşteti yedi qurtardı. “Həyatımda ciyərdən belə ləzzətli və görüntüsü belə maraqlı bir yemək görməmişdim dedi”. Qonşu mənə “Azərbaycanda bütun yeməklər belə maraqlıdır?” sualını verəndə artıq məni saxlamaq¸ daha doğrusu susdurmaq mümkün olmadı